Yuxarı

Nəyə qadir olduğumu Bakıda sübut etdim - Stroll

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün əvvəli “Williams” komandasının pilotu Lens Stroll üçün uğurlu olmayıb və kanadalı ilk xalını yalnız vətəndə - Monreal Qran-Prisində qazanıb. Çoxları gördü ki, bu çıxışdan sonra onda özünəinam yarandı və Bakı podiumu bunu təsdiqlədi.

Axar.az xəbər verir ki, yürüşçü mətbuat konfransında bu barədə fikirlərini bölüşüb. O deyib: “Yürüşlərimdə nəyinsə dəyişdiyini güman etmirəm. Bir neçə yürüşdə mexaniki problemlər və qəzalar səbəbindən mənimki gətirmədi. Kanada və Bakıda bu cür hallar baş vermədi və ona görə də yaxşı nəticəyə nail oldum.

Mənə elə gəlir ki, nəyə qadir olduğumu Bakıda sübut etdim. Əlbəttə, bu, cəmi bir yürüşdür, heç də bütün qran-prilər belə olmayacaq. Lakin düşünmürəm ki, yalnız iki ildən sonra stabil çıxış etməyə başlayacağam. Mən hər yürüşdə özümü təkmilləşdirəcəyəm.

Yaxşı haldır ki, Formula-1 yarışmasında podiuma çıxdım. Bu, karyeramda ən yaxşı günlərdən biri oldu və zənnimcə, mənə gələcək üçün inam verəcək. Formula-3 və Formula-4 titulları ilə yanaşı, bu podium karyeramda ən mühüm nailiyyətlərimdir.

Valtteri Bottasın ötməsi isə bir neçə amillə bağlıdır. Məsələn, o, DRS-dən istifadə edə bilib və onun mənə çatması üçün vaxtı çox olub. Mən də var gücümlə çalışdım və mübarizə gərgin keçdi. Mövqeyimi itirdim, lakin bu da yürüşün bir hissəsidir. Əgər bunu həmin günün ən pis anı hesab etsək, onda işlər o qədər də pis getmir”.

Bakı podiumu sayəsində Lens Stroll şəxsi hesabında 16-dan 12-ci xəttə yüksəlib. Kanadalı əmindir ki, növbəti yürüşlərdə ona xal toplamaq daha asan olacaq, çünki o, Avropa mərhələlərinin keçiriləcəyi trasları artıq tanıyır.

“Növbəti yarışlarda elə ilk məşqdən başlayaraq yaxşı nəticə göstərə bilərəm, vaxtım trası öyrənməyə sərf olunmayacaq. Özümə arxayınam. İndi optimist olmaq və Avstriyada daha çox xal toplamaq üçün var qüvvə ilə çalışmaq lazımdır.

“Williams”ın Konstruktorlar Kubokunda dördüncü yeri tutmaq şansı var. “Force India” Barselonadakı mərhələ ilə müqayisədə irəliləməyib. Bakı təsnifatında biz onları xeyli ötdük, lakin gələcəkdə hər şey ola bilər. Biz bunu Bakıda gördük, yarış çox gərgin keçdi, ona görə də qarşıda səni nə gözlədiyini heç vaxt bilmirsən”, - deyə Lens Stroll diqqətə çatdırıb.

Bakıdakı uğuru Lens Strollun Jak Vilnyovun tənqidinə layiqli cavab olub. Jak onun Formula-1 yarışı üçün çox gənc olmasını söyləmiş və pilotu çempionatda iştirak etməyə layiq hesab etməmişdi. Lakin Lens Stroll bu cür fikirlərə heç vaxt fikir verməyib: “Jakın söylədiklərinin mənim üçün fərqi yoxdur, o, həmişə hamını tənqid edir. Ondan çox söz eşitmək olar. Jakın məni dəstəkləmədiyinə təəccüblənmirəm. Biz bir o qədər də yaxşı tanış deyilik. O, nə istəyirsə, söyləyə bilər. Hətta keçən il Formula-3 titulunu qazananda o, mənim uğurumun səbəblərini axtarırdı. Bu il o məni çətinliklərim olarkən tənqid etdi. Odur ki, Jakın sözləri məni təəccübləndirmir. Məni yalnız əhatə olunduğum insanların fikirləri maraqlandırır”.

Kanadalı pilot əlavə edib ki, o, həmişə Mixael Şumaxerin çıxışına heyran qalıb. “Bu, həm trasda, həm də onun kənarlarında əsl dünya çempionu nümunəsidir. Onun reaksiyası heç vaxt emosional olmayıb. Mixael Şumaxer sakit və ciddidir – bu, hörmətə layiqdir”, - deyə Lens Stroll bildirib.

Tarix
2017.07.01 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla