Yuxarı

"Zirə" və "İnter" növbəti mərhələdə - Yüz faizlik nəticə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

Axar.az xəbər verir ki, Bakı təmsilçisi iyulun 6-da turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edib.

Görüşü fəal başlayan “İnter” matçın 23-cü dəqiqəsində istəyinə nail olub. Denis Silvanın qolu ilə rəqib komanda meydanın mərkəzinə dəvət olunub. Bu, Denis Silvanın avrokuboklarda üçüncü qolu olub. Belə ki, braziliyalı futbolçu 2014-cü ildə Bakının “Neftçi” klubunun heyətində Serbiyanın digər klubu “Partizan” ilə oyunda dubl edib.

Bakı təmsilçisi rəqib qapısı qarşısında bir neçə təhlükəli məqam yaratsa da, zərbələr qolla nəticələnməyib. Birinci hissəyə əlavə olunmuş vaxtda “Mladost”un futbolçusu Aleksandar Peyoviç kobud oyuna görə, ikinci sarı vərəqə aldığı üçün oyundan kənaraşdırılıb və Serbiya təmsilçisi azlıqda qalıb. Görüşün ilk hissəsi “İnter”in minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissə də “İnter”in üstünlüyü şəraitində keçib. Görüşün 74-cü dəqiqəsində Pərdis Fərcad Azadın ötürməsini qolla tamamlayan Nizami Hacıyev “İnter” azarkeşlərini sevindirib.

Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək tabloda rəqəmlər dəyişməyib.

Beləliklə, görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən ilk oyunda da “İnter” qalib gəlib – 3:0. İki görüşün nəticəsinə görə, “İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Lüksemburq təmsilçisi “Fola” olacaq.

"Differdange"-"Zirə" oyunu da Bakı komandasının qələbəsi ilə başa çatıb - 2:1.

Komandalar arasında bir həftə əvvəl Bakıda keçirilən qarşılaşma da "Zirə"nin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, "Zirə" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.
"Zirə"nin növbəti mərhələdə rəqibi Rumıniyanın "Astra" klubu olacaq.

Tarix
2017.07.07 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla