Avropa Liqasının
pley-off mərhələsi çərçivəsində dünən keçirilən "Tvente" –"Qarabağ"
oyunundan sonra UEFA ərazi bütövlüyümüzü təhrif
edib.
Axar.az-ın məlumatına görə, Avropanın futbol
qurumunun mərhələnin qalibi olan klubumuzla bağlı məlumatı sosial
şəbəkələrdə müzakirə predmeti olub və Avropa mediasında gedən
xəbərlərdə işlədilən "Azerbaijani side Qarabağ FK" ifadəsini
"Azərbaycan tərəfinin"Qarabağ" futbol klubu" olaraq tərcümə edənlər
bunu ölkəmizə qarşı təxribat kimi qiymətləndiriblər.
Əslində, ifadə necədir?
İngilis dili mütəxəssisi Sevil Gültən bildirdi ki, "Azerbaijani
side Qarabağ FK" ifadəsinə, kontekstdən çıxararaq, siyasi çalar
vermək doğru deyil. Cümlənin yükü "Azərbaycan tərəfindən komandanın
adı "Qarabağ"dır mənasında işlənib. Yəni oynayan iki tərəfdən biri
Azərbaycandır (tutaq ki, Hollandiya tərəfdən də "Tvente"). Eyni
qaydada "Şuşa" komandası da demək olardı. Tərcüməçi onu da qeyd
etdi ki, bu cümlə ingilis dilinin canlı danışığına daha yaxın
ifadədir.
Sosial şəbəkədə gedən bu müzakirə ilə bağlı Azərbaycan Futbol
Federasiyaları Assosasiyasının (AFFA) da cavabını aldıq. Qurumdan
bildirdilər ki, müzakirələrdən xəbərsizdilər:
"Məsələni araşdıracağıq. Əgər belə bir hal varsa, dərhal
reaksiya veriləcək və UEFA-ya rəsmi müraciət ediləcək".