Yuxarı

“Bakı-2015” oyunları nüfuzlu TV kanalda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı-2015” oyunları nüfuzlu TV kanalda

"Bakı-2015" Avropa Oyunları Almaniyanın SPORT1 idman kanalı ilə beynəlxalq yayım haqqında müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, müqaviləyə görə, SPORT1 telekanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımçısı olacaq. Tamaşaçılar gələn il 17 gün davam edəcək yarışları bu telekanal vasitəsilə pulsuz izləyəcəklər.

SPORT1 kanalı Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə əsasən canlı yayımla minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, açılış və qapanma mərasimləri də efirə veriləcək.

Təşkilat komitəsindən AzərTac-a bildirilib ki, SPORT1 kanalının birinci Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.

Müqaviləyə əsasən, Avropa Oyunları Türkiyə, Rumıniya, Macarıstan və Belçika ilə yanaşı, Almaniya, Avstriya və İsveçrədə də yayımlanacaq.

SPORT1 kanalı Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. Təkcə 2014-cü il ərzində bu kanal "Soçi-2014" Qış Olimpiya Oyunlarında keçirilən sonuncu buzüstü hokkey turnamenti də daxil olmaqla 6000 saat mühüm idman yarışlarını yayımlayacaq.

Tarix
2014.10.07 / 09:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla