Yuxarı

Bakını çox tərifləyirlər - Rusiyalı nazir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakını çox tərifləyirlər - Rusiyalı nazir

Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirməklə yüksək göstərici nümayiş etdirdi. İdmançılarımız Bakını çox tərifləyir, oraya həmişə böyük məmnuniyyətlə gedirlər. Mən özüm də həmişə böyük məmnuniyyətlə Bakıya səfər edirəm.

Axar.az xəbər verir ki, bu barədə “Rossiya seqodnya” agentliyində “Rusiya – idman dövlətidir” forumunun keçirilməsinə həsr olunan mətbuat konfransında Rusiyanın İdman naziri Pavel Kolobkov bildirib.

O qeyd edib ki, Bakı çox qonaqpərvər şəhərdir, oraya hamı böyük məmnuniyyətlə gedir. “Bakıda çox rahat logistika, çox gözəl, valehedici hava limanı mövcuddur. Şəhər bütün mehmanxana infrastrukturu ilə təchiz edilib. Dostlarım, idmançı həmkarlarım kimi mən də Azərbaycana daim böyük məmnuniyyətlə gedirəm”, - deyə nazir qeyd edib.

“Rusiya – idman dövlətidir” beynəlxalq forumu idman sahəsində geniş müzakirə meydançasıdır. Forum Rusiya Prezidenti Vladimir Putinin Fərmanına müvafiq olaraq keçirilir. Tədbir bu il oktyabrın 10-11-də Nijni Novqorodda təşkil olunacaq. Forumda Azərbaycanın, Qazaxıstanın və Belarusun idman nazirlərinin iştirakı gözlənilir.

Tarix
2019.09.12 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla