Yuxarı

Tokioya gedəcək komanda ilə konfrans keçirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokioya gedəcək komanda ilə konfrans keçirildi

Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib.

MOK-un mətbuat katibi Günay Malikqızının Axar.az-a verdiyi məlumata görə, tədbirin əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi, postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlərdən ibarət olub.

Qarşıdakı günlərdə Beynəlxalq Olimpiya Komitəsinin olimpiadaya lisenziya prosesi ilə bağlı yenilənmiş qərarları açıqlayacağı barədə də idmançılara məlumat verilib. Bundan başqa Tokio-2020-də iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış idmançıların karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib.

Videokonfransda yaxşı fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin də yüksək səviyyədə qalma məsələsinin diqqətdə saxlandığı vurğulanıb. Eyni zamanda karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqqında fikir mübadiləsi aparılıb, yeni layihələrə dair təkliflər müzakirə olunub.

Sonda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.

Tarix
2020.05.03 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla