Yuxarı

“Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?

Dünən Milli Onkologiya Mərkəzində baş verən partlayış cəmiyyətdə ciddi narahatlıq doğurub.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində partlayışı törədən şəxs ölüb. Eyni zamanda, hadisə zamanı mərkəzdə çalışan həkim Asif Nəsirli ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırmalar davam edir.

Lakin diqqət çəkən əsas məqam hadisənin mahiyyətindən çox, bu hadisə fonunda formalaşan müzakirələrdir.

Cinayətə bəraət axtarışı?

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə hadisəni törədən şəxsin müdafiə olunması, onun addımının “çarəsizlik” kimi təqdim edilməsi tendensiyası müşahidə olunur.

Daha təhlükəlisi isə budur ki, yenə də həkimin günahkar kimi göstərilməsinə cəhdlər edilir.

Həkim bir müddət əvvəl də əcəlin əlindən qurtulub

İki övlad atası olan Asif həkimlə bağlı ortaya çıxan faktlar isə tam fərqli mənzərə yaradır. Məlumata görə, o, bir neçə il əvvəl ağır əməliyyat keçirib, həyatla ölüm arasında qalıb. Lakin bu çətin mərhələni geridə qoyaraq həyatını maraqlı etməyə çalışıb. Məsələn, velosiped sürməyə başlayıb, tez-tez səfərlərə çıxıb.

Bəlkə də elə buna görə tanıyanlar deyir ki, o, xəstələrə xüsusi həssaslıqla yanaşan, ədalətli və diqqətli həkim kimi seçilib.

Asif həkim ölkədə nadir ixtisaslardan biri – uşaq radiasiya onkologiyası sahəsində çalışıb. Bu, onun təkcə fərdi deyil, səhiyyə sistemi üçün də nə qədər əhəmiyyətli olduğunu göstərir. Belə mütəxəssislər qısa müddətdə yetişmir və onların itirilməsi səhiyyə xidmətlərinin davamlılığına birbaşa təsir edir.

Həkimə qarşı zorakılıq: problem sistemdədir

Son hadisə bir daha göstərdi ki, məsələ təkcə bir fərdin davranışı ilə izah oluna bilməz. Bu, daha dərin, sistemli problemdir.

Bu gün səhiyyə sistemində bir sıra ciddi boşluqlar mövcuddur:

1. Pasiyent hara müraciət edəcəyini bilmir

2. Xidmət imkanları ilə gözləntilər arasında uyğunsuzluq var

3. Həkimi qoruyan mexanizmlər zəifdir

4. Məsuliyyət sistemin deyil, fərdlərin üzərinə atılır

Nəticədə isə vətəndaşla həkim qarşı-qarşıya qalır.

Qəzəbin ünvanı dəyişir

Vətəndaş sistemi görmür, qarşısında yalnız həkimi görür. Problem sistemdə olsa da, reaksiya həkimə yönəlir. Halbuki həkim çox vaxt bu sistemin boşluqlarını kompensasiya etməyə çalışan, amma ən müdafiəsiz qalan tərəfdir…

Zorakılığa bəraət?

Hadisədən sonra səslənən “çarəsizlik” arqumenti əslində daha böyük təhlükənin siqnalıdır. Bu yanaşma zorakılığı normallaşdırır, həkim peşəsini bir az da nüfuzdan salır, hüquqi yox, emosional davranışı təşviq edir… Bu isə artıq ictimai təhlükəsizlik məsələsidir.

Həkim kimdir, ona qarşı niyə diqqətli olmalıyıq?

Bəzən insanlar həkimlərin “yekəxanalığından, “özündən razılığından” gileylənirlər. Əslində, bu insanların eqosunun çox təbii səbəbləri var. Onlar məktəbdə yüksək nəticə göstərmiş, ali məktəblərə yüksək ballarla qəbul olmuş, uzun illər ağır təhsil və təcrübə keçmiş, daim öyrənən, kitab və elm içində olan insanlardır.

Belə bir peşəyə münasibət də buna uyğun olmalıdır.

Həkimə “çoban yanaşması” ilə baxmaq səhiyyəyə obyektiv qiymət verməyə imkan verməz.

Strateji itki və risklər

Həkimlərə qarşı bu münasibət davam etsə, səhiyyə sistemi onları hədəfə gətirməklə özünümüdafiə taktikasını davam etdirsə, bizi ağır nəticələr gözləyir. Ən azı, peşəkar həkimlər sistemi tərk edəcək, tibbi xidmət keyfiyyəti daha da aşağı düşəcək

Ona görə də həkimləri qoruyan hüquqi mexanizmlər gücləndirilməli, pasiyent yönləndirmə sistemi şəffaflaşmalı, qərar və məsuliyyət mexanizmləri aydın qurulmalıdır.

Tarix
2026.05.01 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla