Qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
12:17
| Ana səhifə İdman |
|
Ulduz futbolçu Kriştianu Ronaldo İspaniya liqasında "Levante" ilə keçirilən qarşılaşmada "Real Madrid" klubunun azarkeşlərini təhqir edib.
Axar.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.
Hadisə görüşün 81-ci dəqiqəsində baş verib. Ronaldo qarşılaşmada uğursuz çıxışına görə azarkeşlər tərəfindən fitə basılıb.
Ronaldo isə onlara qeyri-etik ifadələrlə cavab verib. Həmin an kameralara tuş gəlib.
Ronaldo və klub rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, görüş "Real Madrid"in 2-0 qələbəsi ilə bitib.
|
Tarix
2015.03.17 / 13:23
|
Müəllif
İlham Sahiloğlu
|