Yuxarı

Gimnastlardan Gəncədəki həmkarlarına dəstək - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gimnastlardan Gəncədəki həmkarlarına dəstək - Foto

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış Gəncə şəhərinə yollanıblar.

Axar.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Zöhrə Ağamirova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gəncədən olan bədii gimnastlarla görüşərək onlara mənəvi dəstək olublar. Gimnastlar Gəncədən olan həmkarlarına hədiyyələr də təqdim ediblər.

Daha sonra gimnastlarımız raket atəşi nəticəsində insan tələfatı və dağıntılar olan hadisə yerinə baş çəkib, həmin yerə gül dəstələri qoyublar.

Yığmamızın üzvləri, həmçinin hadisə zamanı zərərçəkmiş ailələrə də baş çəkiblər.

Gimnastlarla birlikdə Gəncəyə yollanan bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva baş verənlərdən və gördüklərindən çox təsirləndiyini bildirib.

“Baş verənləri şəkillərdən deyil, canlı olaraq görmək, zərər çəkən insanların yaşadıqlarını onların dilindən eşitmək tam başqa hisslər yaşadır. Xüsusilə də valideynlərini itirmiş uşaqların üzündəki kədəri görmək çox ağırdır. Bəziləri nəyin baş verdiyini belə anlamırlar. Analarını itirmiş uşaqlar isə onların hələ də qayıdacağını düşünürlər. Bu gün burada gördüklərimi heç vaxt unutmayacağam”, - deyə M.Vasileva əlavə edib.

M.Vasileva qeyd edib ki, bütün dünya həqiqəti bilməlidir.

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından həlak olan şəxslərin yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara isə şəfa diləyir.

Tarix
2020.10.14 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla