Yuxarı

Daha bir cüdoçumuz medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir cüdoçumuz medal qazandı

15:10

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha iki cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq.

Axar.az xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) ilk görüşündə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks Stüart və estoniyalı Klen Kaljualidə qalib gələrək yarımfinala vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal görüşündə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyevlə qarşılaşacaq.

Uşangi Kokauri (+100 kq yuxarı) isə əvvəlcə Vinçentso Darko (İtaliya), daha sonra rusiyalı Anton Krivobokov və dörddəbir finalda finlandiyalı Marti Pyymalayneni məğlub edib. Yarımfinalda yaponiyalı Kokoro Kaqeyreyə uduzan idmançımız üçüncü yer uğrunda koreyalı Kim Minjonq ilə mübarizə aparacaq.

Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kq) isə ilk qarşılaşmada Otqonbatar Xlaqvasurenə (Monqolustan) məğlub olub.

***

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Özbəkistanın paytaxtı Daşkənddəki "Böyük dəbilqə"də bürünc medal qazanıb.

90 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.

Qeyd edək ki, yığmamızın hesabına ilk bürünc medalı Rüstəm Orucov (73 kiloqram) yazdırıb. Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.

Tarix
2021.03.07 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla