Yuxarı

Ozobiç milliləşdirilir? - Rəsmi açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ozobiç milliləşdirilir? - Rəsmi açıqlama

AFFA "Qarabağ”ın futbolçusu Filip Ozobiçi milliləşdirə bilər.

Axar.az xəbər verir ki, bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla "Komanda.az" saytına açıqlamasında deyib. O, Ozobiçin iyulun ortalarında Azərbaycanda olmasının 5 illiyinin tamam olacağını və daha sonra yığmanın baş məşqçisi Canni De Byazinin istəyinə uyğun olaraq, lazımı sənədləri hazır etdikdən sonra FİFA-ya müraciət edəcəklərini bildirib:

"Ozobiçin Azərbaycanda olmasının 5 ili iyulun ortalarında tamam olacaq və baş məşqçinin istəyinə uyğun olaraq, o zaman AFFA müvafiq sənədləri təqdim etməklə FİFA-ya müraciət edəcək”.

AFFA rəsmisi, Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsi haqda isə bunları deyib:

"Futbolçuya vətəndaşlıq verilməsi AFFA-nın səlahiyyətində olan məsələ deyil, burada söhbət futbolçunun milli komandaya cəlb olunmasından gedir, bunun üçün isə yuxarıda qeyd etdiyim vaxtı gözləməli olacağıq. De Byazinin istəyib-istəməməsi isə hələ ki futbolçunun millimizdə oynamasına hüquqi baxımdan imkanın olub-olmamasına bağlı məsələdir”.

Qeyd edək ki, Filip Ozobiç 2016-cı ilin iyulunda Xorvatiyanın "Slaven” klubundan "Qəbələ”yə keçib. 30 yaşlı yarımmüdafiəçi iki il "qırmızı-qaralar”da forma geyindikdən sonra – 2018-ci ilin yayında "Qarabağ”a keçib. Ozobiç bu mövsüm Azərbaycan Premyer Liqasında "köhlən atlar”la 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

Tarix
2021.05.17 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla