Yuxarı

UFC-də döyüşən yeganə azərbaycanlı... - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov UFC-də (Ultimate Fighting Championship) döyüşən yeganə Azərbaycan əsilli döyüşçü Rəfael Fiziyev haqqında sənədli film çəkib.

Axar.az xəbər verir ki, "Çempionla bir gün” adı altında çəkilən filmdə R.Fiziyevin həyatı və peşəkar döyüş karyerasından bəhs olunub.

E.Bayramov müsahibəsində deyib ki, R.Fiziyevin həyatını ekranlaşdırmaqda məqsəd uğurlu azərbaycanlı kimliyi ilə tanınan peşəkar bir döyüşçünün dünya ictimayyətinə təqdim etmək olub:

"Rəfael müxtəlif döyüş növləri üzrə yüzlərlə mükafata layiq görülüb. Mən Rəfaellə tanış olanda onun Azərbaycanda heç vaxt olmamasına baxmayaraq, ölkəmizə olan dərin sevgisini hiss etdim. Döyüşçünün atası azərbaycanlı, anası isə isə rusdur. Vətən müharibəsi dövründə sosial media üzərindən müxtəlif dillərdə ölkəmizə dəstək mesajları paylaşan idmançının ürəyi Azərbaycanla döyünür. Onun həyat hekayəsindən və peşəkar idman fəaliyyətindən bəhs edən ekran işində əsas mövzu elə Azərbaycandır. O, atasının ölkəmizlə bağlı xatirələrindən, Azərbaycan yeməklərindən, milli atributlarımızdan və yetişdiyi ailədə ona aşılanan Azərbaycanın milli və mənəvi dəyərlərindən bəhs edib. Rəfael yarışlara xalqımızın adət ənənəsində xüsusi yer tutan qədim, milli papaqdan istifadə edərək çıxır”.

Tarix
2021.07.06 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

İran Avropanın üç tələbini qəbul edərsə…. - Politoloq

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Bu gün Elçibəyin doğum günüdür

Şəhərlərimizin bombalanması əmrini İrəvanın verdiyi təsdiqləndi

Meksikalı diplomatlar da Azərbaycana təxliyə olundu

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla