Yuxarı

Nəriman Həbibin qohumuna nokautla qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman Həbibin qohumuna nokautla qalib gəldi

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirib.

Axar.az xəbər verir ki, 27 yaşlı idmançı yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.

Abdulmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb. O, ilk raunddaca rəqibinə nokautla qalib gəlib.

Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun vida görüşü idi. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif etmişdi.

Qeyd edək ki, Şamil Zavurov MMA-da indiyədək 47 döyüş keçirib və bunlardan 40-da qalib gəlib.

Nəriman Abbasov isə yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Azərbaycanlı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.

Tarix
2021.09.18 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla