Yuxarı

"Yanq Boyz" "Qarabağ"a tərif yağdırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yanq Boyz" "Qarabağ"a tərif yağdırdı

"Qarabağ" çox güclü komandadı. Son iki ilin Azərbaycan çempionudu. Onlarla bağlı araşdırmalarımız davam edir". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz"un məşqçisi Harald Qamperle deyib.

Uli Fortenin istefasından sonra müvəqqəti olaraq baş məşqçi postuna gətirilən Qamperle Ağdam klubunun "Seltik"ə qarşı oyunlarını da dəyərləndirib: "Qarabağ" "Seltik"ə qarşı da yaxşı oyun nümayiş etdirdi. Hətta deyərdim ki, Şotlandiya klubunun bəxti gətirdi. İşimiz çətin olacaq. Ancaq bizim də hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı".

O bildirib ki, "Yanq Boyz"u çalışdırmağa özündə güc hiss edir: "İndi yalnız komandaya kömək etmək barədə düşünürəm. Yeni baş məşqçinin kimliyi barədə fikirləşmək istəmirəm. Əlbəttə ki, bu peşəyə başlayan hər kəsin arzusu baş məşqçi olmaqdı. Əvvəl-axır mən də baş məşqçi olmalıyam. Özümdə bu gücü görürəm də. Amma indi buna iddia etmirəm. Bu klubda istənilən vəzifədə çalışmağa hazıram".

Qeyd edək ki, "Qarabağ"ın "Yanq Boyz"la oyunları avqustun 20-də və 27-də baş tutacaq.

Tarix
2015.08.09 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla