Yuxarı

Davudoğlunun iqtidarda son günü ola bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlunun iqtidarda son günü ola bilər

CHP-AKP koalisiyası mümkün olmasa, ölkəni xilas edəcək yeganə düstur CHP-MHP hökumətidir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi Gürsəl Tekin deyib. O, bu hökumətin Türkiyəyə çox fayda verəcəyini bildirib:

"Bu gün Baş nazir Əhməd Davudoğlu ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında görüş koalisiya ilə nəticələnməsə, Davudoğlu dərhal prezidentin yanına gedib, hökuməti qura bilmədiyini deməlidir. Çünki Konstitusiya bunu tələb edir. Bundan sonra isə Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti hökuməti formalaşdırma vəzifəsini dərhal Kılıçdaroğluna verməlidir. Əks halda Konstitusiya pozulmuş olacaq. Belə olan halda qurulmalı olan hökumət kənardan HDP-nin dəstəyi ilə CHP-MHP koalisiyasıdır. Mən MHP sədri Dövlət Baxçalıya səslənirəm: gəlin, bir illiyinə CHP-MHP koalisiyası yaradaq və Türkiyəni qarşıdurmalardan xilas edək".

Qeyd edək ki, bu gün yerli vaxtla saat 18:00-da Başnazirlikdə Davudoğlu ilə Kılıçdaroğlu arasında AKP-CHP koalisiyası barədə həlledici görüş keçiriləcək.

Tarix
2015.08.10 / 16:32
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla