Yuxarı

Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib.

Axar.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gəlib. İlk 2 partiyada məğlub olan Məmmədyarov 3-cü dueldən qalib ayrılıb. 4-cü qarşılaşmada isə heç-heçə qeydə alındığından, Azərbaycan təmsilçisi yekunda 1,5:2,5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tari ilə, Karlsen ispaniyalı David Antonla, çinli Vey Yi hindistanlı Rameşbabu Praqqnanandha ilə qarşılaşır. Həmin cütlərdə hələlik qalib müəyyənləşməyib.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Tarix
2022.05.24 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla