Yuxarı

İngiltərənin tarixini dəyişən azərbaycanlı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərənin tarixini dəyişən azərbaycanlı - Video

Bu gün əfsanəvi futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.

Axar.az xatırladır ki, Tofiq Bəhramov 29 yanvar 1925-ci ildə Ağcabədi rayonunda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib.

Məşhur hakim 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. 1951-ci ildə "Real Madrid" – "Mançester Yunayted" matçında baş hakim olub. Həmin matçda isə "Real Madrid" qazanıb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını - "Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) oyununu idarə edib.

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb və Tofiq Bəhramov adının tarixdə qalmasına şərait yaradıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarı böyük etirazla qarşılanıb. Bu qol uzun illərdir müzakirə mövzusudur. Oyundan sonra Britaniya kraliçası özü "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim edib.

Bir neçə həftə əvvəl Tofiq Bəhramovun mübahisəli qərarı araşdırılıb və onun haqlı qərar verdiyi üzə çıxıb. Bütün dünyada azarkeşlər indiyədək bu mübahisəli epizod barədə danışırlar. "Skay Sports" müasir texnologiyaların köməyi ilə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirib. Kanalın daimi ekspertləri Ceymi Karrager və Ed Çemberlen epizodu dəqiqliyinə qədər təhlil ediblər və Tofiq Bəhramovun haqlı olduğu sübut olunub.

Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci il Dünya çempionatında da hakimlik edib. Ən əsası isə Braziliya-Uruqvay yarımfinal qarşılaşmasını idarə edib.

2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bəri Dünya çempionatının final oyununu idarə edən hakim hesab olunursa, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada durur. Artur Hopkraft kitabında yazır:

"Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: "Bu rus nə istəyir?" Ancaq üstündən illər keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin - Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".

Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə yan xətt hakimi kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Tarix
2016.01.29 / 15:40
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla