Müqaviləm 2017-ci ildə başa çatır. Amma rəhbərliyin
anlaşma müddətini növbəti Avropa çempionatının seçmə mərhələsinin
sonunadək uzatmaq istədiyinə dair əlamətlər var. Yəni, mənə 2020-ci
ilədək əməkdaşlıq təklifinin ediləcəyi mümkündür.
Axar.az-ın xəbərinə görə, bunu Azərbaycan millisinin baş
məşqçisi Robert Prosineçki açıqlayıb.
Xorvat çalışdırıcı Serbiya mətbuatına deyib ki, ona əla şərait
yaradılıb: "Yaxşı infrastruktur, sabit maliyyələşmə. Öz müqaviləmin
maddi tərəfləri də yüksəkdir. Amma bu, elə də önəmli deyil. Düz bir
il qabaq əvvəlki baş məşqçinin ayağına yazılan ardıcıl
məğlubiyyətlərdən sonra dəvət aldım. Elə bir vaxt idi ki, yığma heç
bir xal qazana bilməmişdi.
Ötən müddətdə irəliləyişə nail olduq, Maltanı yendik. Oyunçular
təqdim olunduqlarından daha çoxuna layiq olduqlarını anlamağa
başladılar. Azərbaycan döyüş növlərində yaxşı ənənələrə malikdir.
Bu isə onların çox aqressiv və döyüşkən olmaları anlamına
gəlir".