Yuxarı

Romano Qurbanın tıxacla bağlı fikirlərini paylaşdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Romano Qurbanın tıxacla bağlı fikirlərini paylaşdı - Foto

Tanınmış futbol insayderi Fabritsio Romano “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Tottenhem”lə ilk tur oyunundan öncə üzləşdiyi tıxac problemi ilə bağlı paylaşım edib.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, italiyalı jurnalist Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun matçdan sonra keçirilmiş mətbuat konfransında həmin hadisə barədə səsləndirdiyi fikirləri öz Feysbuk səhifəsində paylaşıb.

İki saat yarımdan çox tıxacda qaldıqlarını bildirən Qurbanov bunun komandaya mənfi təsir göstərdiyini vurğulayıb:

“Bunu bəhanə gətirə bilmərəm. Amma belə olmamalı idi. Bizi müşayiət edən polis yox idi. Bu, futbolçularımızın çıxışına böyük təsir göstərdi. Buna baxmayaraq, rəqibimizin gücünü də qeyd etmək lazımdır. Etiraf edirik ki, “Tottenhem” yaxşı komandadır. Ancaq stadiona çatan kimi bizə dedilər ki, 40 dəqiqə sonra oynamalıyıq. Kifayət qədər hazır deyildik. Belə şeylər baş verməməlidir”.

Xatırladaq ki, Londondakı tıxaca görə Ağdam klubunu "Tottenhem Hotspur" stadionuna aparan avtobus gecikib. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlamalı olan görüş UEFA nümayəndələrinin qərari ilə 35 dəqiqə gec start götürüb. Qarşılaşma “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Tarix
2024.09.27 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla