Yuxarı

İslandiya-Türkiyə oyunu ilə bağlı qərar verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:40

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya-Türkiyə oyunu təxirə salına bilər.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, oyunun bu gün Bakı vaxtı ilə saat 22.45-də başlaması nəzərdə tutulub. Lakin Türkiyə mediasının yazdığına görə, matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsi var.

Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. İclasda təxirəsalınma ilə bağlı qərar verilməyib.

Ancaq bu gün meydança yenidən yoxlanılacaq və oyunun təxirə salınıb-salınmayacağına dair UEFA qəti qərar verəcək.

O da bildirilib ki, "Laugardalsvöllur" stadionunun meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.

Məlumata görə, təxirə salınma qərarı verilərsə, matç oktyabrın 15-i keçiriləcək.

Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var.

***

İslandiya-Türkiyə matçı təxirə salınmayacaq.

Son məlumata görə, meydançada aparılan bugünkü yoxlanışdan sonra oyunun əvvəlcədən nəzərdə tutulan vaxtda (bu gün Bakı vaxtı ilə saat 22:45-də) başlanmasına qərar verilib.

Tarix
2024.10.14 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla