Yuxarı

AFFA Lənkəran və Masallıdakı stadionları alır? - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA Lənkəran və Masallıdakı stadionları alır? - Açıqlama

AFFA rəhbərliyinin Lənkəran və Masallı stadionları ilə bağlı qarşı tərəfllə təmasa keçməsi həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli AFFA-nın yeni strategiyasına əsasən Lənkəran və Masallıdakı stadionların alınması və orada yenidənqurma işlərinin görüləcəyi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

Qurumun sözcüsü yeni strategiyanın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını və hər kəsin orada yer alan müddəalarla tanış ola biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Lənkərandakı stadion 2006-cı ildə istifadəyə verilib. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Hazırda futbolsuz qalan arenanın durumu heç də yaxşı deyil. Anatoli Banişevski adına Masallı şəhər stadionunun durumu daha bərbaddır. Bir vaxtlar ölkə çempionatının oyunlarını qəbul edən idman qurğusundan sadəcə boz divarlar qalıb.

Tarix
2025.01.09 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla