Yuxarı

Artıq yollarda vaxtı süni intellekt hesablayacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artıq yollarda vaxtı süni intellekt hesablayacaq - Video

Bakının küçə və prospektlərində süni intellekt əsasında işləyən adaptiv işıqfor sistemi tətbiq olunmağa başlayıb.

Axar.az xəbər verir ki, pilot layihə çərçivəsində ümumilikdə 8 kəsişmədə ağıllı işıqforlar quraşdırılıb və artıq sınaq müddətində istifadəyə verilib.

Yeni sistem Binəqədi rayonu Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində, həmçinin 115 nömrəli tam orta məktəbin qarşısında – İbrahim Paşa Dadaşov küçəsi daxil olmaqla daha bir neçə ərazidə tətbiq edilir.

Adaptiv işıqforlar ənənəvi sistemdən fərqli olaraq nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında hərəkət intensivliyini avtomatik tənzimləyir. Yola quraşdırılan sensorlar, kameralar və bəzi hallarda radarlar vasitəsilə nəqliyyat axını ölçülür. Əldə olunan məlumat idarəetmə proqramına ötürülür və süni intellekt yaşıl işığın müddətinin hansı istiqamətdə artırılıb-azaldılması barədə qərarı avtomatik verir.

Ənənəvi işıqforlarda isə vaxt əvvəlcədən təyin olunur və təxminən 150 kəsişmədə sistem mərkəzdən idarə edilir.

Daha ətraflı süjetdə:

Tarix
2026.02.27 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla