Yuxarı

Toral yığmanın uduzmasından danışdı: Nəsə çatışmır...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk hissədə məğlub olsaq da, daha üstün tərəf olduğumuzu düşünürəm.

Axar.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov Haiti yığmasına 0:3 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

24 yaşlı yarımmüdafiəçi matçdan öncə Haiti millisini analiz etdiklərini bildirib:

"Güclü komanda olduqlarını bilirdik. İlk hissədə hətta qol vura bilərdik, amma son nöqtəni qoymağı bacarmadıq. İkinci hissədə önə keçmək istədik. Təəssüf ki, alınmadı. Martın 25-də Belarusla oyunda qələbə qazanmağa çalışacağıq".

"Qarabağ"ın üzvü milli komandanın baş məşqçisi Fernandu Santuşa inandığını açıqlayıb:

"Bir yol seçmişik, o yol üzərindən də gedirik. Pis yol seçdiyimizi düşünmürəm, inanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik. Komandaya və baş məşqçiyə güvənirəm. Ümumiyyətlə, milli komanda elədir ki, azarkeş və yaxud başqa şey üçün yox, bayrağın, xalqın və Vətənin üçün oynayırsan. Heç bir oyunda istəmərik məğlub olaq. Sadəcə, bəzən nə isə çatışmır, nəyisə düzgün etmirik, son nöqtəni qoya bilmirik və ya haradasa diqqətsiz oluruq. Çalışacağıq ki, toparlanaq, bu vəziyyətdən çıxaq. İnanıram ki, hər şey yaxşı olacaq".

O, yığma komandanın məşq və oyunlarının keçirildiyi stadionların fərqli olmasını belə şərh edib:

"Yerli çempionatda çıxış edən futbolçular üçün Sumqayıt və Masazırda oynamaq problem olmamalıdır, çünki ildə 2 dəfə bu stadionlarda matçımız olur".

Toral Bayramov milli komandanın bıabırçı oyun və nəticələrini isə şərh etmək istəmədiyini bildirib: "Biabırçı oyun və biabırçı nəticələr... Mən bu suala cavab verməyəcəyəm".

Tarix
2025.03.23 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Müşahidəçilər sərhədimizdən çıxarılacaqmı? – AB-nin “cavabı”

Vüqar Qurbanov direktoru işdən çıxardı

Ukrayna və Rusiya arasında sərhəd xətti… - Tramp

Fransanın əlinə bəhanə düşdü: Ərdoğana “hücum”…

Türkiyə "banan ölkəsi" deyil: küçədən hakimiyyətə gəlmək....

Tiflisin Orta Dəhlizdə öz rolunu oynaması... - Boçorişvili

Lavrov Mirzoyanla danışdı: Sülh müqaviləsi...

Azərbaycan bu təşkilatın tamhüquqlu üzvü oldu

Ölkəmizə Avropada şər atan daha bir azərbaycanlı - Foto

Eritreyada saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla