Oyundan sonra futbolçuların hər birini ayrı-ayrılıqda qucaqladım.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın Prezidenti Tahir Gözəl Misli Premyer Liqasının XXXII turunda "Sabah"la keçirilən oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri "köhlən atlar"ın 12-ci dəfə Azərbaycan çempionu olmasına münasibət bildirib:
"İldən-ilə Azərbaycan çempionatının səviyyəsi qalxır. Komandamız da sübut etdi ki, illər ərzində gücünü qoruyub-saxlayır. Baxmayaraq ki, "Sabah"la matçın gedişində hesab 1:1 olarkən həyəcan keçirdik. Sevindirici haldır ki, sonluq bizim istədiyimiz kimi oldu.
Komandamızdan çox razıyıq".
Qeyd edək ki, "Sabah"la görüşdən sonra xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi Premyer Liqanın başa çatmasına 4 tur qalmış 12-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.