Yuxarı

Trasdan narazı qalan pilotlar evə qayıtsınlar - Ekklstoun

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trasdan narazı qalan pilotlar evə qayıtsınlar - Ekklstoun

Formula-1 Avropa Qran Prisinin Bakı şəhər trasından narazı qalan pilotlar evə qayıda bilərlər.

Trend-in verdiyi məlumata görə, bunu "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.

B.Ekklstoun pilotlar Censon Battonun və Niko Rosberqin trasın ayrı-ayrı sahələrindən şikayət etməsinə münasibət bildirib: "Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər".

Qeyd edək ki, iyunun 18-də Bakıda Formula-1 Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Tarix
2016.06.18 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla