Yuxarı

Türkiyədə klub alan azərbaycanlı iş adamının adı məlum oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini alan azərbaycanlı iş adamının adı açıqlanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu, daha əvvəl Rusiya "Ximki"sinin əsas səhmdarı olmuş Tufan Sadıqovdur.

Sadıqov Türkiyə I Liqasına vəsiqə qazanan komandaya vaxtilə Azərbaycanda da çalışmış Sergey Yuranı baş məşqçi təyin edəcək. Bu barədə rəsmi məlumat yaxın günlərdə açıqlanacaq.

Yuranın son iş yeri 2024-cü ilin aprelində ayrıldığı "Pari NN" komandası olub. O, 2011-ci ilin iyulundan 2012-ci il fevralın 27-dək Zaqatalanın "Simurq" komandasının baş məşqçisi olub. Ötənlərin tanınmış futbolçusu 2022-ci il fevralın 23-dən avqustun 9-dək "Ximki"də də eyni vəzifədə çalışıb.

Qeyd edək ki, "Ximki" 2024/2025 mövsümündə 30 oyundan 29 xalla 12-ci pilləni tutaraq, Rusiya Premyer Liqasında yerini təmin edib. Lakin ödənilməmiş borclarının qaldığını səbəb gətirən Rusiya Futbol İttifaqı kluba növbəti mövsüm üçün lisenziya verməyib. Nəticədə iyunun 18-də komanda fəaliyyətini dayandırıb.

Tarix
2025.06.23 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla