Yuxarı

Azərbaycan yığması Ermənistanı məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Azərbaycanın qızlardan və oğlanlardan ibarət komandaları uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Voleybol Federasiyasından Axar.az-a verilən məlumata görə, bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistan komandasına 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.

İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə məğlub edən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 final oyunlarında voleybolçularımız ev sahibləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaq.

Tarix
2025.06.27 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla