Yuxarı

Azərbaycanlı əsgərin qalıqları 82 ildən sonra tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsində itkin düşmüş azərbaycanlı əsgərin qalıqları 82 ildən sonra Rusiyada tapılıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini Məmməd Xudaverdiyevin cəsədinin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində aşkarlanıb.

O, 1942–1943-cü illərdə Qırmızı Ordunun tərkibində döyüşlərdə iştirak edib.

2025-ci ilin fevralında Rusiyanın “Krasnoarmeets” adlı axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı bir səngərdə bir-birindən bir metr aralıda yerləşən dörd əsgər cəsədi aşkarlayıb. Tapılan qalıqlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan və üzərində “M.F.Xudaverdiyev” yazılmış metal qaşıq vasitəsilə müəyyən edilib.

Aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin Lerik rayonunun Hoveri kəndindən olan, 1918-ci il təvəllüdlü Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.

Məlumata görə, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində vuruşub. O, 1943-cü il iyunun 1-də Smolensk vilayətinin Verdino kəndi yaxınlığında gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu.

Tarix
2025.06.27 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla