Yuxarı

Bankların keşbek faizləri niyə azalır? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankların keşbek faizləri niyə azalır? – Ekspert

Bankların keşbek layihələri tamamilə onların könüllü təşəbbüsüdür və heç kim onları buna məcbur etmir. Sadəcə banklar müştəri cəlb etmək üçün müxtəlif xərclər çəkirlər, reklam kampaniyaları aparırlar. Keşbek də bu strategiyanın bir elementi idi və müştəri qazanmaqda uğurlu oldu.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bankların keşbek siyasətindəki dəyişikliklərdən danışarkən deyib.

Ekspert bildirib ki, banklar keşbek layihələrini həm də gələcəkdə əlavə xidmətlər satmaq məqsədilə həyata keçiriblər:

“Bank müştəriyə keşbek verərək onu sistemə cəlb edir. Sonra həmin müştərinin valyuta mübadiləsi əməliyyatlarından, kartdan-karta köçürmələrdən, nağd pul çıxarışından və hətta kredit məhsullarından gəlir əldə edə bilir. Yəni bank keşbek vasitəsilə müştəri ilə uzunmüddətli münasibət qurur və əlavə qazanc imkanları yaradır. Amma layihə kütləviləşdikcə xərclər idarəolunmaz həddə yüksəlir. Bu da bankı məcbur edir ki, keşbek faizlərini azaltsın və strategiyanı yenidən dizayn etsin”.

Xalid Kərimli əlavə edib ki, keşbek proqramlarının tamamilə ləğv olunması da mümkündür:

“Bank hər ay bu layihələri təhlil edir və xərclər faydadan çox olanda strategiyanı dəyişir. Əgər layihə bank üçün sərfəli olmazsa, onu tamamilə dayandıra da bilər. Burada bankları günahlandırmaq düzgün deyil – bu, sırf onların marketinq və satış strategiyasıdır”.

Tarix
2025.09.05 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla