Yuxarı

Bank kartları ilə bağlı vacib: limit azaldı, pul tutulur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank kartları ilə bağlı vacib: limit azaldı, pul tutulur

Bəzi banklar kartlardakı pulsuz xidmətin limitini iki dəfədən də çox aşağı endirib. Yəni əvvəl ay ərzində 7 min manata qədər əməliyyatlara görə faiz tutulmurdusa, indi bu rəqəm 3 min manata endirilib. Bəzi müştərilər isə limitin azaldılmasından xəbərdar olmadıqlarından, pul tutulmalarının səbəbini də bilmirlər.

Bu barədə Axar.az-a danışan iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bank müştərisinə hansı xidməti göstərirsə, həmin xidmətin də xərci və qazancı olur.

“Bankın heç bir xidməti pulsuz deyil. Bank hər hansı xidməti müəyyən məbləğədək və ya müddətədək pulsuz edirsə, bu, sadəcə müştəri cəlb etmək üçün kampaniya xarakteri daşıyır. Əslində isə bank həmin xərci başqa yerdən kompensasiya edir. Məsələn, hazırda nağdlaşdırmadan tutulan komissiyalar buna bir nümunədir”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, nağdlaşdırmanın bank üçün bir sıra xərcləri mövcuddur:

“Birincisi, bank nağd pulu Mərkəzi Bankdan alır və bunun üçün komissiya ödəyir. Yəni heç bir bank nağd pulu pulsuz əldə etmir. İkincisi isə nağd pul xidməti üçün əlavə xərclər yaranır: kassirlər və inkassatorlar saxlanılır, bankomatların işlək vəziyyətdə qalması təmin edilir, ofis kirayəsi və digər xərclər çəkilir. Bank bu xərcləri qarşılamaqla yanaşı, qazanc da əldə etməlidir. Axı bank xeyriyyə fondu deyil, kommersiya qurumudur”.

Ə.Həsənov əlavə edib ki, uzun illər Azərbaycanda banklar müştəri qazanmaq üçün kart xidmətlərini, pul köçürmələrini və hətta nağdlaşdırmanı pulsuz təqdim ediblər:

“Amma həmin xərclər başqa yolla – yüksək kredit faizləri hesabına qarşılanırdı. Banklar bütün xərclərini və qazancını əsasən borcalanlardan çıxırdı. Sonradan faizlər azaldı, lakin əvəzində banklar nağdlaşdırma və köçürmələrdə komissiyaları artırmağa başladılar”.

Onun sözlərinə görə, Avropa və digər inkişaf etmiş ölkələrdə də oxşar vəziyyət müşahidə olunur.

Tarix
2025.10.03 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla