Yuxarı

Bank VTB-nin rəhbərliyində dəyişiklik olub

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bank VTB (Azərbaycan) ASC-nin rəhbərliyində dəyişiklik olub.

APA banka istinadən xəbər verir ki, Müşahidə Şurasının üzvü Bayram Vəliyev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Dmitri Popov təyin edilib. Bununla, Müşahidə Şurasında təmsil olunan azərbaycanlıların sayı azalıb. Hazırda Müşahidə Şurasında üç Rusiya vətəndaşı – Vasili Titov, Sergey Tsaryev, Dmitri Popov, iki Azərbaycan vətəndaşı - Rəşad Rəsullu və Müseyib Əliyev təmsil olunur.

Qeyd edık ki, bu ilin mart ayına qədər bankın Müşahidə Şurasında üç Rusiya vətəndaşı – Vasili Titov, Sergey Tsaryev, Anna Skrınçenko və dörd Azərbaycan vətəndaşı - Vüqar İsmayılov, Bayram Vəliyev, Rəşad Rəsullu, Müseyib Əliyev olmaqla, ümumilikdə 7 nəfər olub.

V. İsmayılov bu ilin martında işdən çıxıb. Bununla, Müşahidə Şurasında təmsil olunanların sayı 7-dən 6-ya enib. A. Skrınçenko iyunda işdən çıxdıqdan sonra Müşahidə Şurasının üzvlərinin sayı 5 nəfərdən ibarət olub.

Hazırda bankın İdarə Heyətində üç Rusiya vətəndaşı – Yuri Yakovlev, Vadim Zinovyev və İqor Okayev təmsil olunur. 2016-cı ilin ortalarınadək bankın İdarə Heyətində Yuri Yakovlevlə yanaşı, Tural Vəliyev və İlqar Novruzov təmsil olunub. İ. Novruzov bu ilin iyununda, T. Vəliyev iyulda bankın İdarə Heyətinin üzvlüyündən çıxıb. İ. Novruzovun yerinə İ. Okayev, T. Vəliyevin yerinə isə Vadim Zinovyev təyin ediliblər.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin 51%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48,99% və 0,01%-i Azərbaycan tərəfinə (uyğun olaraq AtaHolding ASC və fiziki şəxs) məxsusdur.

Tarix
2016.08.31 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla