Yuxarı

İqtisadçılardan Türkiyənin dollar təklifinə reaksiya

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın təxminən 70 faizə yaxını bütün ticarəti dollarla aparır. Ona görə də belə başa düşürəm ki, Türkiyənin başlatdığı bu proses müvəqqətidir.

Bunu Axar.az-a Türkiyənin bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək təklifinin perspektivi barədə danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Türkiyədə milli əhval-ruhiyyə çox yüksək olduğundan hökumət buna getdi və müəyyən qədər dolları təhvil verməyə başladı:

“Ancaq bu proses uzunmüddətli dövr üçün effektli ola bilməz və inanmıram davamlı olsun. Yalnız qısa dövr üçün müəyyən müsbət nəticələr verə bilər. Fikir verin, dollardan imtina ilə əlaqədar Rusiya, BRİKS dövləti Braziliya, İndoneziya nə qədər çalışsa da, bütün səylər nəticəsiz qaldı. Çünki dünyanın təxminən 70 faizə yaxını bütün ticarəti dollarla aparır. Ona görə də belə başa düşürəm ki, Türkiyənin başlatdığı bu proses müvəqqətidir”.

Millət vəkili bildirib ki, hazırda Türkiyənin sözügedən təklifinə qoşulmağa heç bir ehtiyac yoxdur:

“Azərbaycan hazırda öz iqtisadi inkişafını davam etdirməlidir. Azərbaycan çalışmalıdır ki, qeyri-neft sektoru inkişaf etsin ki, ölkədə problem yaranmasın, buna görə də öz daxili və xarici ticarət əməliyyatlarını məhz dollarla aparır”.

V.Əhmədov onu da bildirib ki, dolları qısa müddət ərzində dövriyyədən çıxarmaq qeyri-mümkündür:

“Dünyada ödəmə balansları və valyutaları var. Vaxt var idi, dünyada birinci yerdə funt strerlinq dururdu. Hazırda isə bu yeri dollar tutub. ABŞ dollarının dövriyyədən çıxarılması əməliyyatlarının həyata keçirilməsi üçün on illərlə vaxt lazımdır. Azərbaycanda hansısa əmtəəni lirə ilə alıb, manatla satmaq olar. Ancaq istənilən ümumi hesablaşmalar yenə də dollarla aparılacaq. Bax problem də bundadır. O ki qaldı sahibkarlara, lirənin taleyini indidən müəyyənləşdirmək olmaz. Üç gün bahalaşdı deyə, məsələ bununla bitmir. Bunlar müvəqqəti haldır”.

İqtisadçı alim Vüqar Bayramov da milli valyuta ilə aparılan əməliyyatların uzunmüddətli və strateji dövrü əhatə edəcəyi qənaətində deyil:

“Bu, müəyyən müddət effektli ola bilər. Bütün hallarda nəzərə almaq lazımdır ki, həmin ölkənin valyuta ehtiyacı var. Azərbaycan iş adamları ona görə ixrac edirlər ki, ölkəyə valyuta gətirə bilsinlər. Valyuta təbii ki, indiki halda daha çox dollar və avrodur. Söhbət dönərli valyutalardan gedir. Bu məsələyə azərbaycanlı iş adamları tərəfindən fərqli yanaşmalar olacaq. Çünki ümumiyyətlə, manatın lirəyə məzənnəsi də dollar üzərindən, yəni çarpaz müəyyənləşir. Manatın birbaşa məzənnəsi yoxdur. Hər iki valyutanın dollara birbaşa məzənnəsi var. Bu, ondan xəbər verir ki, manat və lirənin birgə məzənnəsinin müəyyənləşdirilməsində dolların təsirləri olacaq”.

Ekspert birmənalı şəkildə Azərbaycan iş adamlarının lirə ilə əməkdaşlıqda və ya ticarəti davam etdirməkdə uzunmüddətli maraqlı olmayacaqlarını bildirib:

“Elə iş adamları var ki, yalnız Türkiyə ilə deyil, başqa ölkələrlə də işlədiklərinə görə onlar üçün dollar məqbuldur. Digər tərəfdən, dollarla hesablaşmalar, idxal-ixrac daha stabildir, nəinki digər ölkələrin milli valyutaları ilə. Güman edirəm ki, Türkiyədə başlanan bu siyasət qısamüddətli dövrü əhatə edəcək. Çünki Türkiyənin də dollar ehtiyacı var, hətta hökumət dollardan imtina etsə belə, vətəndaş və iş adamlarının dollara ehtiyacı var. Vətəndaş xaricə getmək üçün dollar və ya avro almalıdır. Türkiyədən xaricə, təhsil almağa və səyahətə gedənlərin sayı isə kifayət qədər çoxdur. Avropadan idxal məsələsi də var ki, bu da dollar tələb edir. Türkiyənin, əslində, əməliyyatları milli valyutada apardıqları ölkələr texnoloji ölkələr deyil. Ona görə də Türkiyə texnologiyaları yalnız dollarla idxal etmək imkanına malikdir. Bu baxımdan yenidən dollara tələb yaranacaq. Ümumiyyətlə, Türkiyənin başlatdığı bu proses qısamüddətli dövr üçün milli valyutalara təsir etsə də, orta və uzunmüddətli dövrdə bu təsir zəif olacaq. O baxımdan da indiki məqamda milli valyutalarda əməliyyatların uzunmüddətli dövr üçün səmərəli olacağı şübhə altındadır”.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq əhalini bu valyutadan imtina etməyə çağırıb. Türkiyə prezidenti Rusiya, İran və Çinlə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib.

Ankara həmçinin Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə də danışıqlara başlayıb.

Ərdoğanın müraciəti isə artıq nəticə verib və dollar Türkiyədə ucuzlaşıb.

Tarix
2016.12.09 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla