Yuxarı

Deputat: Yığıla bilməyən kreditlərin taleyi – Fərman

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat: Yığıla bilməyən kreditlərin taleyi – Fərman

Məlumdur ki, hazırda bank sistemində ciddi dəyişikliklərə ehtiyac var. Faktlar göstərir ki, problemli aktivlərin taleyi həll olunmalıdır. Bank sistemindəki əskikliklərin bu fərmanın icrası ilə yaxın vaxt ərzində həll olacağına ümid edirəm. Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə daim məşğuldur və mütəmadi olaraq diaqnostik yoxlamalar aparır.

Bu sözləri Axar.az-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiqi ilə bağlı fərmanın mahiyyəti haqda danışarkən deyib. Onun sözlərinə görə, fərmanın icrası iqtisadiyyat üçün müsbət nəticələr verəcək:

“Banklarda aktiv və qeyri-aktivlər mövcuddur ki, görülən işlər bunun hər ikisinə də şamil olunacaq. Yəni bununla tək sağlam deyil, işlənməyən aktivlərin də birləşdirilməsi həyata keçiriləcək. Bu sağlamlaşdırma üçün atılan addımlardan birincisidir.

Hazırda banklarda ümumi vəziyyət stabilləşməyə doğru getmir. Nəticə onun göstərir ki, artıq bank sistemində dəyişikliklər etməyə ehtiyac var. Belə olduqda sağlamlaşdırma tədbirləri üçün bankların birləşməsi, yaxud bağlanması gözləniləndi. Vəziyyət göstərir ki, bəzi bankların birləşdirilməsi mümkün olmasa, bağlana bilər. Bu isə bank sistemində sağlamlaşdırılmanın ilkin mərhələsi üçün nəzərdə tutulub.

Düşünürəm ki, bu işin davamı kimi növbəti aylarda digər qərarlar veriləcək və geri yığıla bilməyən kreditlər üçün də müəyyən tədbirlər görüləcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Tarix
2017.05.07 / 10:12
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Müctəba Xamenei sağdırmı? - Fakt və müəmma

Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı

İranı hansı aqibət gözləyir? – Zülfüqarov

Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Xəritə

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla