Yuxarı

Şok: 3 ayda Rusiyadan 150 milyard dollar çıxarılıb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: 3 ayda Rusiyadan 150 milyard dollar çıxarılıb

"Hazırda ölkəyə transfer edilən pulların əksəriyyəti Rusiyadan köçürülür".

Bunu Axar.az-a xaricdən Azərbaycana pul transferlərinin artması ilə bağlı məsələləri şərh edən Natiq Cəfərli deyib:

"Bu, çox normal haldır və gözlənilən idi. Rəsmi rəqəmlərə görə, ötən il üçün Rusiyadan köçürülən bu pulların ümumi həcmi 1,8 milyard dollar olmuşdu. Hazırda ölkəyə transfer edilən pulların əksəriyyəti Rusiyadan köçürülür. Hesab edirəm ki, ilin ilk rübü üçün bu qədər böyük məbləğin alınması Ukrayna ilə Rusiya arasında yaranmış problem və rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır. Artıq insanlar anlayırlar ki, pullarının Rusiya banklarında qalması onlar üçün təhlükəlidir. 2014-cü ilin birinci rübünün qeyri-rəsmi statistikasına görə, Rusiyada fəaliyyət göstərən biznes dairələri 150 milyard dollara yaxın pulu ölkədən çıxarmağa müvəffəq olublar. Çox güman ki, ilin sonuna qədər bu pul çıxarılmaları davam edəcək. Amma 2-ci və 3-cü rübün rəqəmləri açıqlandıqda ciddi azalmanın olacağını müşahidə edəcəyik. Rusiyada iş yerlərinin azalacağı ilə bağlı rəsmi açıqlama da verilib. Hətta Kreml qorxur ki, bu rəqəmlər minusa ensin. Hesab edirəm ki, Azərbaycana Rusiyadan transfer edilən pulların həcmi ötən ilə nisbətən bir qədər artacaq, amma bu, heç də yüksək fərqin olması demək deyil. Digər tərəfdən də transferlərin artması regionlarda yaşayan əhalinin rifah halının yüksəlməsinə də təsir edəcək".

Xatırladaq ki, dövlət qurumları ilin ilk rübündə ölkəyə daxil olan pullarla bağlı rəqəmləri açıqlayıb.

Fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana pul köçürmələri I rübdə 700 milyon dolları ötüb. Ötən ilin rəsmi rəqəmlərinə görə isə 2013-cü il ərzində təkcə Rusiyadan 1.8 milyard dollar həcmində pul ölkəyə daxil olunub.

Tarix
2014.06.11 / 22:29
Müəllif
Tural İbadov
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla