Yuxarı

Bayramovun beyin mərkəzi ilk onluğa düşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramovun beyin mərkəzi ilk onluğa düşdü

ABŞ-ın Pensilvaniya Universitetinin hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat dünən BMT-nin Nyu Yorkdakı mənzil qərargahında təqdim edilib.

Axar.az xəbər verir ki, hesabatın təqdimatı dünyanın 100-dən artıq ölkəsində, eyni zamanda, beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında da təşkil edilib.

Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib.

Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, CESD artıq 8 ildir ki, bu statusunu qoruyub saxlayır:

“Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlarla rəqabət aparıb”.

İqtisadçı vurğulayıb ki, CESD sözügeden hesabatda 23 kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib:

“Eyni zamanda, təşkilatımız illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 ən yaxşı idarə olunan beyin mərkəzidir. CESD həmçinin dünyanın ən güclü 15 müstəqil beyin mərkəzindən biridir. Biz qlobal enerji və resurs siyasəti üzrə də ilk 15-likdə yer almışıq”.

Tarix
2018.02.01 / 15:03
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla