Yuxarı

Azərbaycanın avtomobil bazarı çökür

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 147,5 milyon dollar dəyərində 11,96 min minik avtomobili ixrac olunub.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında deyilir.

Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50,82 faizini təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 22,25 faiz, say nisbətində isə 7,9 min ədəd (39,9 faiz) azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 189,6 milyon dollar həcmində 19,901 min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.

Avtomobillər Gürcüstana xaricdən gətirilir.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 290,2 milyon dollar olub ki, bu da Gürcüstanın ümumi ixracının 20,4 faizini təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 12,8 faiz azalıb. Müqayisə üçün: ötən ilin ilk 6 ayında Azərbaycana 332,8 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib.

Trend

Tarix
2014.07.26 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla