Yuxarı

“Azərbaycanda məhsul qıtlığı yaranır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanda məhsul qıtlığı yaranır”

"Mətbuatda qiymətlərin qalxması xəbəri bazara neqativ təsir göstərdi".

Bunu Axar.az-a Azərbaycan kənd təsərrüfatı mallarının Rusiyaya daşınması ilə əlaqədar olaraq qiymət artımının baş verməsi məsələsinə aydınlıq gətirən iqtisadçı ekspert Samir Əliyev deyib. Qərbin Rusiyanın kənd təsərrüfatı mallarına tətbiq etdiyi sanksiyalarla əlaqədar Moskva bazarlarında boşluq yarandığını və Azərbaycan mallarının daşındığını deyən iqtisadçı mövsümlə əlaqədar qiymət artımında səngimə olduğunu bildirib:

"Bildiyimiz kimi, Rusiya Avropanın tətbiq etdiyi sanksiyaların əleyhinə olaraq özü də sanksiya tətbiq etməyə başladı. Rusiya Amerika və Avropadan gələn bəzi kənd təsərrüfatı məhsullarına qadağa qoyub. Bununla əlaqədar olaraq Rusiya bazarında xeyli həcmdə boşluq yaranıb və Rusiyaya qonşu olan ölkələr də bu boşluqdan istifadə edərək daha çox kənd məhsulunu ölkə bazarlarına çıxarmağa başlayıb. Məsələn, Rusiyanın kartof bazarının 12%-i Azərbaycanın payına düşür".

İqtisadçı ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olan amillərdən birinin də mediada gedən xəbərlər olduğunu söyləyib:

"Biz Sovet dövründə də kənd məhsullarımızı, adətən, Rusiya bazarlarında aparıb satmışıq. İndi də məhsullarımızı Rusiyaya daha çox satmağımız daxildə təşviqin azalmağına səbəb oldu. Və bir növ daxildə məhsul qıtlığı yaranmağa başladı. Bu qıtlıq da qiymətlərin artmasını şərtləndirdi. Nəzərə alsaq ki, bunun informasiya yükü də var. Yəni mətbuatda qiymətlərin qalxması ilə əlaqədar məlumatlar getdi. Bunun özü də bazara neqativ təsir göstərdi. Hazırda qiymətlərin artımı müəyyən qədər səngiyib. Amma burda mövsüm amili də var. Belə ki, artıq yay fəsli bitib. Nə qədər ki, sanksiyalar var, Rusiya bazarlarının bizim məhsullara ehtiyacı olacaq. Bu səbəbdən hökumət, eyni zamanda, fermerlər də bunu nəzərə almalıdır".

Xatırladaq ki, Azərbaycandan Rusiyaya aparılan məhsullar əsasən alma, xurma və başqa meyvələr, həmçinin faraş məhsullardır. Bəzi məlumatlara görə, Rusiya bazarlarına Azərbaycan kənd təsərrüfatı məhsullarının çıxarılmasının asanlaşması qiymətlərə o qədər də təsir etməyəcək. Səbəb kimi Azərbaycan kənd təsərrüfatı bazarının tənzimlənməsində ixracın həcminin artması deyil, idxalla məşğul olan inhisarçıların maraqlarının üstün olması göstərilir.

Tarix
2014.09.18 / 20:37
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Liderlər İlham Əliyevi təbrik edir

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Bayramov missiyası başa çatan Andreyevanı qəbul etdi

FHN “Açıq qapı günü” tədbiri keçirdi - Video

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla