Yuxarı

“Azərbaycan Brüsellə qarşı mövqeyini qoruyan yeganə dövlətdir”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin başlanılması, eləcə də Əsrin Müqaviləsinin 20 illiyi ilə bağlı tədbir keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov öz Feysbuk səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən tədbirə region və Avropanın bir sıra ölkələrinin dövlət, hökumət başçıları qatılacaq:

"Dəvət olunduğum bu tədbirdə iştirak etmək qürurverici olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz qaz kəməri ilə bağlı tarixi günün şahidi olmaq imkanı deməkdir. Bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın Şahdəniz yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Şahdəniz yatağının ikinci fazasının mavi qazının Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu, eyni zamanda, Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcəkdir. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması, eyni zamanda, Hasliatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə anlaşmanın mərhələli olaraq Azərbaycan neft dövrün uzun müddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir".

İqtisadçı alim Azərbaycanın bütün xarici təzyiqlərə baxmayaraq, Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət olduğunu bildirib:

"Avropa Birliyinin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq, Cənub Qaz Dəhlizində Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki töhvə verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı eyni zamanda Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər. Bu qərarla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə vermiş oldu. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan da yararlanan ölkələr sırasında olacaq. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək".

Tarix
2014.09.19 / 22:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla