Yuxarı

Neft ucuzlaşır: büdcəni necə qorumalı? – Rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft ucuzlaşır: büdcəni necə qorumalı? – Rəy

"Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, büdcə xərclərinə sekvestr tətbiq edilə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur".

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov büdcədə neftin qiymətinin proqnozları ilə bağlı Axar.az-a açıqlamasında səsləndirib. Onun fikrincə, 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin müdafiə olunmayan xərcləri azaldıla bilər. Qanunvericiliyə görə, büdcə gəlirlərinin formalaşmasında problem olarsa, əmək haqqı, pensiya xərcləri istisna olmaqla, digər xərcləriin azaldılması mümkündür.

Qeyd edək ki, bu ilin 9 ayında dünya bazarında "Azəri Layt" markalı neftin 1 barelinin orta satış qiyməti 108,2 ABŞ dolları olub. Bu isə o deməkdir ki, Azərbaycan neftinin dünya bazarında qiyməti büdcədə nəzərdə tutulandan 8 faizdən çox artıq olub.

Ekspert hesab edir ki, növbəti aylarda neftin dünya bazarında qiyməti 80 dollardan aşağı düşməyəcəksə, 2014-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq.

"Əvvəlki dövrdə olan 8 faizlik artım növbəti aylarda olan azalmanı kompensasiya edəcək. Azərbaycanın dövlət büdcəsinin 53.4 faizi Dövlət Neft Fondu hesabına formalaşır. Bu o deməkdir ki, dövlət büdcəsinin gəlirlərinin çoxu məhz birbaşa sığorta olunmuş gəlirlərdir. Neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, göstərilən hissə DNF hesabına formalaşacaq".

Büdcə gəlirlərinin 35 faizə yaxını qeyri-neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiyməti büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər.

Ekspert gələn ilin büdcəsində neftin qiyməti ilə bağlı təkliflərini hökumətə təqdim etdiyini bildirib:

"Gələn ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 80 dollar nəzərdə tutulmasını təklif edirdik. Son müşavirədə Prezident İlham Əliyev də büdcədə neftin qiymətinin dünya bazarına uyğun müəyyənləşdirilməsinin əhəmiyyətli olduğunu bildirdi. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsa və dünya bazarında gələn ildə də azalmalar davam edərsə, dövlət büdcəsinin gəlir hissəsinin sözügedən 11 faizinin formalaşması ilə bağlı müəyyən çətinliklər yarana bilər".

Tarix
2014.10.16 / 23:47
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla