Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Sentyabr 2019


“Kapital Bank" Lökbatan şöbəsini təqdim etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank Kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Məhz sözügedən istiqamətlə həyata keçirilən layihə çərçivəsində yeni şöbə müştərilərə təqdim edildi. Binə Ticarət Mərkəzində yerləşən Lökbatan şöbəsində xüsusi ilə kiçik və orta sahibkarlar eyni zamanda fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaqdır.

Axar.az xəbər verir ki, Lökbatan şöbəsində Sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcəkdir.

“Son zamanlar "Kapital Bank" Kiçik və orta sahibkarlara xüsusi diqqət ayırır və hətta bunun üçün bankda geniş miqyaslı layihəyə start verilmişdir. Layihə çərçivəsində müştərilərə yeni məhsulların təqdim edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, satış kanalları və satış nöqtələrinin artırılması, rəqəmsal transformasiya və bu kimi digər təşəbbüslər yer alır. Lökbatan şöbəsinin açılması da bu Layihənin Satış və xidmət nöqtələrinin artırılması təşəbbüsü çərçivəsində həyata keçirilmişdir. Yeni şöbənin açılışı ilə sahibkarların işləri asanlaşacaq və bank əməliyyatları üçün vaxt itirib, şəhər mərkəzinə gelmələrinə ehtiyac qalmayacaqdır”, - deyə, "Kapital Bank"ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, "Kapital Bank" 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Lökbatan şöbəsi, "Kapital Bank"ın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 3 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın “Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.09.03 / 11:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı enerji diplomatiyasının əsasını qoydu - Hacıyev

Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi

İqtisadçıdan 2020 proqnozu: Sevindirici qiymət...

Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - Ekspert

Neftin qiyməti kəskin bahalaşdı

Bu barədə Əliyev və Ərdoğanın ciddi tapşırığı var - Oqtay

Rusiya açıqladı: neft erasının sonu başladı - Analiz

Azərbaycan büdcəsində son illərin ilki yaşandı

Dollar bu gün neçəyədir?

Natia Turnava Bakıya gəlir

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla