Yuxarı

Avro ucuzlaşır, dolları və nefti nə gözləyir? – İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avro ucuzlaşır, dolları və nefti nə gözləyir? – İqtisadçı

Azərbaycan iqtisadiyyatının əsası neftdən təşkil olunduğu üçün dolların möhkəmlənməsi neftin ucuzlaşmasına səbəb olacaq.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli avronun ucuzlaşmasının səbəbləri haqqında danışarkən deyib. O bildirib ki, avronun enməsinin iki əsas səbəbi var:

“Birinci səbəb Böyük Britaniyanın Avropa Birliyindən çıxması və hələ də müqavilənin bağlanmamasıdır. Hesab edirəm ki, Breksit baş tutsa, kəskin problemlər daha da artacaq. AB-nin önəmli ölkələrindən olan Britaniyanın müqaviləsiz birlikdən çıxması avroya ciddi zərbə vuracaq amilə çevriləcək. Buna görə də hazırda investorlar avronun ucuzlaşmasını nəzərə alıb, bu valyutadan imtina edərək, dollara keçid edirlər. Bu, Britaniya pulunun daha çox ucuzlaşmasına, dolların avroya nisbətdə möhkəmlənməsinə səbəb olur.

İkinci səbəb isə Avropa Mərkəzi Bankının hələ də uçot dərəcəsini 0 faizdə tutmasıdır. FES faizi dərəcələrini 25 faizə qədər azaltsa da, avroya nisbətdə hələ də dolların uçot dərəcəsi yüksəkdir. Bu da avronu dollara nisbətdə zəiflədən amillərdən biridir”.

Ekspert avronun ucuzlaşmasının Azərbaycana dolayı yollarla təsirinin olacağını bildirib:

“Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Buna görə də dünyada gedən proseslər Azərbaycana birbaşa deyil, dolayı yolla təsir göstərir. Azərbaycanın Mərkəzi Bankı dolların məzənnəsini sabit tutmaqda israrlıdır. Çünki ölkənin ticarət dövriyyəsində dollar təxminən 80 faiz rola malikdir. Buna görə də Azərbaycanda dolların qalxmaması üçün avronu daha çox aşağı salırlar”.

Tarix
2019.09.04 / 08:45
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Rusiya səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla