Yuxarı

Aleksey Miller: “Taner Yıldız ilə razılaşdıq ki…“

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aleksey Miller: “Taner Yıldız ilə razılaşdıq ki…“

"Qazprom"un sədri Aleksey Miller "Türk axını"nın marşrut yolunu açıqlayıb.

Axar.az xəbər verir ki, Türkiyənin Kıyıköyündən ölkəyə daxil olacaq boru xətti Lüləburqaz üzərindən İpsalaya çatacaq.

Qara dənizin dibindən keçəcək təbii qaz boru xəttinin marşrut planını açıqlayan Miller Türkiyə üzərindən 180 kilometr keçərək Yunanıstana çatacağını bildirib:

"Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız ilə razılaşdıq. Helikopterlə baxış zamanı boru xəttinin keçəcəyi yerləri müəyyənləşdirdik. Ümumi uzunluq 180 kilometr olacaq".

Bildirək ki, Qara dənizin dibindən keçəcək təbii qaz boru xətti 660 kilometr uzunluğunda olacaq və heç bir itki olmadan ləğv edilən "Cənub axını" layihəsi üzərindən davam etdiriləcək.

Dörd ayrı qoldan ibarət olan "Türk axını"nın 63 milyard kubmetr tutumda olması planlaşdırılır. Bu ilin sonunda tikinti işlərinə başlamağı planlaşdıran "Qazprom" 15,75 milyard kubmetr tutumu olacaq ilk qolun ixracına 2016-cı ilin dekabrında başlayacaq.

Xatırladaq ki, Türkiyə Almaniyadan sonra "Qazprom"un ikinci ən böyük təbii qaz alıcısıdır. Rusiya şirkətindən 2014-cü ildə 27,4 milyard kubmetr təbii qaz alan qardaş ölkə 2015-ci ildə bu rəqəmi 30 milyard kub metrə çatdırmağı planlşdırır.

Tarix
2015.02.09 / 14:43
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla