Yuxarı

Ağdamda baş verən yanğın söndürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda baş verən yanğın söndürüldü

2026.07.22 19:16

Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.

Axar.az-ın xəbərinə görə, yanğın hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

***

Ağdam rayonunda açıq ərazidə baş verən yanğın davam edir.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

***

Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.

Rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.

Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.

***

Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Tarix
2026.07.23 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla