Yuxarı

SOCAR ötən il 47 min gürcüyə qaz verib

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR ötən il 47 min gürcüyə qaz verib

"SOCAR Energy Georgia" şirkəti ötən il Gürcüstanda 47,1 min abonenti təbii qazla təmin edib.

Dövlət Neft Şirkətindən Axar.az-a verilən məlumata görə, ötən il Gürcüstanda 1000 kilometrdən artıq yeni qaz xәtlәri çəkilib. Nəticədə 47,1 min abonent təbii qazla təmin olunub.

Hazırda Gürcüstan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 410 mindən artıqdır. Şirkət bu ilin sonuna kimi Gürcüstanda təbii qazla təmin olunan abonentlərin sayını 480 minə çatdıracaq.

SOCAR ötən il ərzində Gürcüstan bazarına ümumilikdə 1,348 milyard kubmetr həcmində təbii qaz çatdırıb ki, bu da 2013-cü illə müqayisədə 10,5% çoxdur. Təkcə "SOCAR Georgia Gas" MMC vasitəsilə Gürcüstan bazarına 798 milyon kubmetr kommersiya təyinatlı təbii qaz idxal olunub.

Qeyd edək ki, "SOCAR Georgia Gas" MMC 2014-cü ildə Gürcüstanın qazlaşdırılması layihələrinə təxminən 21,4 milyon dollar məbləğində sərmayə yatırıb.

Tarix
2015.02.16 / 20:36
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla