Yuxarı

Əfqanıstan Azərbaycandan sərmayə istəyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqanıstan Azərbaycandan sərmayə istəyir

Əfqanıstan özünün infrastruktur, neft-qaz hasilatı, eləcə də təbii qazdan elektrik enerjisi istehsalında Azərbaycan sərmayəsini görmək istəyir.

Bunu Trend ə Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Səba Bakıdakı danışıqları şərh edərkən bildirib.

Azərbaycanın qeyd olunan sahələrdə böyük təcrübəyə malik olduğunu deyən əfqanıstanlı nazir ölkəsinin neft, qaz və digər təbii sərvətlərinə maraq göstərən azərbaycanlı investorları Əfqanıstana dəvət etdiyini vurğulayıb: "Biz regionda resurslarla ən zəngin olan ölkəyik. Təbii sərvətlərin öyrənilməsi baxımından Əfqanıstanın böyük potensialı var".

Onun sözlərinə görə, Əfqanıstanda bu istiqamətdə ən böyük üstünlük odur ki, rəqabət zəifdir və sərmayədən böyük gəlir əldə etmək olar.

"Biz Türkmənistandan Xəzər dənizi ilə Gürcüstan və Türkiyəyə olan marşrutların istifadəsində maraqlıyıq. Düşünürəm ki, buna hər iki ölkə maraqlıdır".

Əfqanıstan prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Muhammed Şaker də öz növbəsində Azərbaycana səfərin nəticələrini müsbət dəyərləndirib və yaxın zamanda konkret məsələlər üzrə işlərin başlayacağını qeyd edib: "Biz həmçinin Azərbaycanla Əfqanıstanda terminal tikintisinə dair danışıqlar aparırıq. Söhbət Əfqanıstanın Türkmənistanla sərhədində "Turqundi" və ölkənin şimalında "Akina" terminallarının inşa edilməsindən gedir.

Tarix
2015.04.12 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla