Yuxarı

İran Azərbaycanda zavod açır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Azərbaycanda zavod açır

İranın Qızıl Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatı Azərbaycanda bitki ekstraktlar və yağları istehsalı zavodu açmağı planlaşdırır. Bunu İranda səfərdə olan azərbaycanlı jurnalistlərə Soha Jissa bitki ekstraktları və yağları istehsalı şirkətinin rəhbəri Arəş Seyyid Salehi deyib.

 

Trend in məlumatına görə, A.Seyyid Salehi bildirib ki, ilk növbədə şirkət Azərbaycanda nümayəndəliyini açmağı planlaşdırır.

 

Zavodun fəaliyyəti barədə məlumat verən A.Seyyid Salehi deyib ki, müəssisədə 3 çeşiddə - ekstraktlar, krem və çaylar - məhsul istehsal edir.

 

Zavod əsasən, dərman preparatları istehsal edən digər zavodlar üçün ilkin xammal istehsal edir və hazırda zavod ekstraktların istehsalı və satışı sahəsində ölkə bazarının 70 faizini təmin edir. "Biz sifarişdən asılı olaraq bu xammalı hazırlayıb satırıq".

 

A.Seyyid Salehi deyib ki, gələcəkdə, istehsal etdiyimiz məhsulları xaricə ixrac etməyi planlaşdırırıq və eyni zamanda da Azərbaycandakı dərman zavodlarına lazımi xammal ilə təmin edə bilərik.

 

Qeyd edək ki, İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıda 20 ildən artıqdır ki, kilinikası fəaliyyət göstərir. Hər il çoxlu sayda imkansız insanların ailələri İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıdakı kilinikasının xidmətlərindən yararlanırlar.

Tarix
2015.04.12 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla