Yuxarı

Birinci rübü kəsirlə başa vurduq - 250 mln

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 938,8 mln. manat, xərcləri 4 198,8 mln. manat olub.

Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ilin I rübündə 251 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Hesabat dövründə dövlət büdcəsinin mədaxili 3 900,8 mln. manat proqnoza qarşı 3 938,8 mln. manat və yaxud 1% çox olub.

Azərbaycan Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,6% icra edilməklə dövlət büdcəsinə 1 594,8 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 69,5%-i və yaxud 1 051,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz-bənd çoxdur.

2015-ci ilin birinci rübündə Azərbaycan Dövlət Gömrük Komitəsi proqnoza 100,5% əməl edərək büdcəyə 341,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% və yaxud 11,5 mln. manat çoxdur.

Bu ilin üç ayında dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 48,6 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,8 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. manat və yaxud 13,5% çoxdur.

Hesabat dövründə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 941,7 mln. manat vəsait transfert edilib.

2015-ci ilin üç ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9% və yaxud 4 189,8 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin üç ayında dövlət büdcəsi xərclərinin 33%-i və yaxud 1380,6 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% və yaxud 108,7 mln. manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2015-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,2% (96,5 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13% (7,7 mln. manat), səhiyyə xərclərinə 7% (7,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7% (3,6 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 911,6 mln. manat vəsait yönəldilib.

Tarix
2015.04.14 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla