Yuxarı

“İran öncə Avropada özünə alıcı tapmalıdır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İran öncə Avropada özünə alıcı tapmalıdır”

"İranın TAP-a qoşulması mümkündür. Ancaq məsələnin reallaşmasına müəyyən zaman lazımdır".

Bu barədə Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlama verib. Sanksiyaların ləğv edilməsindən sonra İranın TAP layihəsində yer alma imkanını şərh edən ekspert hələlik kəmərdə başqa bir dövlətin həcminə yer olmadığnı bildirib:

"Bunun üçün ilk növbədə İran Avropada özünə alıcı tapmalıdır. İkincisi, İran qazının Avropa çıxarılması yalnız Trans-Adriatik kəmərinin genişləndirilməsindən sonra mümkün ola bilər. Azərbaycan Transadriatik qaz kəmərindəki 10 milyard kub metr qazı "Şahdəniz-2" layihəsi ilə bazara çıxaracaq. Sözügedən kəmərdə hazırda əlavə yer yoxdur. Ancaq genişlənmə aparıldıqdan sonra nəinki İran, başqa ölkələrin qazını da müəyyən həcmlərdə çıxara bilərik. Bu genişləndirə işləri ARDNŞ-nin də elan etdiyi kimi ilkin etapda - 2023-cü ilə qədər baş tutacaq. Bu zamana qədər isə hər hansı bir həcmi daşımağa infrastrukturda yerimiz yoxdur. İranın TANAP-a qoşulması bir sıra əlavə dividentlər qazandırcaq. Maliyyə qazancları, qonşuluq siyasəti güclənəcək, boru kəməri regionda sülhə, əminamanlığa, qarşılıqlı inam və etimadın, eyni zamanda, ticarətin dövriyyəsinin artmasına xidmət edən bir amilə çevriləcək".

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Tarix
2015.04.18 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla