Yuxarı

İrəvandan 1 trilyon təzminat tələb ediləcək? - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan 1 trilyon təzminat tələb ediləcək? - İqtisadçı

Azərbaycan torpaqlarına dəyən ziyanın məbləği çox böyükdür. Bu məsələdə ölkəmizin Moldovadakı səfirinin səsləndirdiyi rəqəm özünü doğrulda da bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ziyanın konkret məbləğini yalnız qiymətləndirmə aparıldıqdan sonra söyləmək mümkün olacaq:

“Bununla bağlı fərqli qiymətləndirmələr var. Əvvəlki dövrlərdə də qiymətləndirmələr aparılıb, amma o zaman torpaqlarımız işğal altında idi. Ərazilərin “əvvəl” və “sonra” halları müqayisə edilə bilməzdi. İndi isə qiymətləndirmə daha dəqiq şəkildə aparılacaq. Məbləğ kifayət kədər böyükdür, videogörüntülərdən də görünür ki, şəhərlərimiz məhv edilib, dağıdılıb. Söhbət yalnız infrastrukturun, evlərin, inzibati və sosial binaların dağıdılmasından getmir, eyni zamanda meşə örtüyü tamamilə məhv edilib. Buna görə də rəqəmlər təsəvvür etdiyimizdən daha yüksəkdir”.

Ekspert vurğulayıb ki, ziyanın qiymətləndirilməsi zamanı beynəlxalq təşkilatların iştirakı olduqca vacibdir:

“Ziyanın qiymətləndirilməsi metodologiyasından bəlli olur ki, beynəlxalq istitutların prosesə cəlb olunması ziyan dəymiş ölkənin beynəlxalq arenada mövqelərinin daha da gücləndirilməsi baxımından çox vacibdir. Ona görə də təbii ki, qiymətləndirmə aparılacaq və o rəqəmlər beynəlxalq məhkəməyə təqdim olunacaq”.

Tarix
2020.11.26 / 13:58
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla