Yuxarı

Bu taksilərdə gediş haqqını təmassız ödə!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu taksilərdə gediş haqqını təmassız ödə!

Ölkəmizin nəqliyyat sistemində nağdsız ödənişlərin genişləndirilməsinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Bank Bakı Taksi Xidmətinin London taksilərində özünün təmassız POS terminallarını quraşdırıb.

Axar.az xəbər verir ki, taksi sürücüsü bu POS terminalları məsafədən idarə edə bilir. Beləliklə, sərnişinə əyləşdiyi salondan gediş haqqını bank kartı, ödəniş üzüyü, yaxud NFC sistemini dəstəkləyən mobil telefonu ilə ödəmək üçün şərait yaradılır. Bu POS terminallarda ödəniş əməliyyatını istənilən bankın kartı ilə aparmaq mümkündür.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında sərnişinlərə gediş haqlarını bank kartları ilə təmassız ödəmək imkanı da yaradıb. Belə layihələrin əsas məqsədi ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafını dəstəkləmək, əhali arasında nağdsız ödəniş ənənələrinin yayılmasına nail olmaqdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.06.12 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla